Yevlax Pilot Aqroparkında ilk rezidentlər qeydiyyata alınıb
25 may,2023 19:15

Yevlax Pilot Aqroparkının ilk rezidentləri tərəfindən 4,3 mln. manatdan çox investisiya yatırılacaq.

 

İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan aqroparklarda sahibkarlıq subyektlərinə (fermerlərə) rezidentlik statusunun verilməsinə başlanılıb. “İsfa", “Xar Agro" və “AGROTOP” MMC-lərə, eləcə də fərdi sahibkarlar Mehman Rəhimov və Firdovsi Əhmədova rezident statusu verilib. Rezidentlər 177,4 hektar sahədə investisiya dəyəri 4,3 milyon manatdan çox olan intensiv meyvə bağları, tingçilik və tərəvəzçilik təsərrüfatları salacaq, 53 nəfəri daimi, 187 nəfəri isə mövsümi işlə təmin edəcək.

 

İstehsal ediləcək məhsulların daxili bazarla yanaşı, xaricə ixracı da nəzərdə tutulur.