Ümumi məlumat

İqtisadi Zonaların İnkişafı Agentliyi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Sənaye parklarının, sənaye məhəllələrinin və aqroparkların idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 22 yanvar 2021-ci il tarixli 1257 nömrəli fərmanı ilə “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin əsasında publik şəxs kimi yaradılıb. 2021-ci il 21 dekabr tarixli 1506 nömrəli fərman ilə Agentliyin nizamnaməsi təsdiq edilib. İqtisadi Zonaların İnkişafı Agentliyi 2021-ci 28 dekabr taixində dövlət qeydiyyatına alınıb. Hazırda Agentliyin idarəçiliyində 6 sənaye parkı, 4 sənaye məhəlləsi, 24 aqropark və Peşə Təhsil Mərkəzi fəaliyyət göstərir.  

​Bülbül prospekti, 20, Bakı, Azerbaijan
İqtisadi Zonaların İnkişafı Agentliyinin rəsmi saytı