“Ağdağ” MMC-yə Ağdam Sənaye Parkının rezidenti statusu verilib
4 mart,2024 15:34

Ağdam Sənaye Parkının yeni rezidenti tərəfindən 100 nəfərlik daimi iş yeri yaradılacaq.

 

“Ağdağ” MMC-yə İqtisadiyyat Nazirliyinin tabeliyində olan İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində fəaliyyət göstərən Ağdam Sənaye Parkının rezidenti statusu verilib. 

 

Şirkət tərəfindən Sənaye Parkının ərazisində əhəng və perlit istehsalı müəssisəsi yaradılacaq. İnvestisiya dəyəri 15 milyon manat olan müəssisədə 100 nəfərlik daimi iş yerinin yaradılması nəzərdə tutulur. 

 

Müəssisədə istehsal olunacaq məhsulların daxili bazara satılması ilə yanaşı, ixracı da həyata keçiriləcək.