Haqqında
Prioritetlər
Baş plan
İnfrastruktur
Loqistik imkanlar
Rezidentlər
Sumqayıt Kimya Sənaye Parkı haqqında

Sumqayıt Kimya Sənaye Parkı “Sumqayıt Kimya Sənaye Parkının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 21 dekabr tarixli 548 nömrəli Fərmanı ilə yaradılmışdır.

Sənaye parkının yaradılmasında məqsəd

 

  • Ölkədə innovativ və yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənaye istehsalının inkişafı üçün münbit şəraitin yaradılması;
  • Bu sahədə sahibkarlığın dəstəklənməsi;
  • Qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi;
  • Əhalinin istehsal sahəsində məşğulluğunun artırılması.
3,4 milyard ABŞ dolları
İnvestisiya həcmi
8898
İş yeri
583,5 hektar
Ərazi
Prioritet fəaliyyət istiqamətləri
1
Kimya sənayesi məhsulları, o cümlədən qeyri-üzvi kimya, üzvi sintez kimyası, polimerlər kimyası, məişət kimyası və əczaçılıq kimyası məhsulları
2
Maşınqayırma sənayesi məhsulları, o cümlədən elektroenergetika üzrə məhsullar, dəzgah və alətqayırma, avtomobilqayırma, kənd təsərrüfatı üçün texnika və cihazqayırma məhsulları
3
Metallurgiya sənayesi məhsulları, metallurji proseslər üçün qatqılar, o cümlədən qara və əlvan metal məhsulları
4
Müxtəlif tikinti materialları
5
İnformasiya-kommunikasiya texnologiyaları məhsulları
6
Yüngül sənaye məhsulları
7
Qablaşdırma məhsulları
Baş plan

Elektrik enerjisi təchizatı
140 MVt
Sumqayıt Kimya Sənaye Parkında fəaliyyət göstərən müəssisələrin fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsi üçün 2 ədəd 110/35/6 kV-luq və 1 ədəd 110/6 kV-luq elektrik yarımstansiyaları, 5 ədəd paylayıcı məntəqə, 22 ədəd transformator məntəqəsi fəaliyyət göstərir. Ümumi güc 140 MVt təşkil edir.
Təbii qaz təchizatı
10000 m3/saat
Sumqayıt Kimya Sənaye Parkına təbii qaz təchizatı bütün təhlükəsizlik normalarına və müvafiq standartlara uyğun olaraq müəssisələrin tələblərini təmin edir. Gücü 10000 m3/saat təşkil edir.
Su təchizatı
10000 m3/gün
Sumqayıt Kimya Sənaye Parkında fəaliyyət göstərən müəssisələr müvafiq standartlara uyğun olaraq içməli və texniki su ilə təmin edilir. Bu təminatın fasiləsiz həyata keçirilməsi üçün sənaye parkının ərazisində içməli və texniki su anbarları, eləcə də nasosxanalar fəaliyyət göstərir. Ayrı-ayrılıqda içməli suyun gücü 10000 m3/gün, texniki suyun gücü 10000 m3/gün təşkil edir. Eyni zamanda müəssisələrin tullantı, proses və yağış sularının axıdılması üçün sənaye parkında ayrı-ayrı xətlər mövcuddur.
Daxili avtomobil yolları
Təmin edilir
Sumqayıt Kimya Sənaye Parkında avtomobillərin, o cümlədən yük avtomobillərinin rahat və maneəsiz hərəkəti üçün yüksək standartlara cavab verən daxili avtomobil xətləri inşa olunmuşdur və marşrut xətləri bütün istehsal və qeyri-istehsal məntəqələrini əhatə edir.
Dəmir yolu xətləri
Təmin edilir
Sumqayıt Kimya Sənaye Parkında dəmir yolu şəbəkəsi mövcuddur və bu xətlər istənilən istiqamətdə idxal və ixrac əməliyyatlarını, eləcə də ölkə daxili daşımaları həyata keçirməyə imkan yaradır.
Yeraltı qalereya
Təmin edilir
Sumqayıt Kimya Sənaye Parkında bütün növ kommunikasiya xətləri (elektrik kabelləri, fiber optik kabel, içməli, texniki və yanğına qarşı su xətləri) eni 3, hündürlüyü 2.2 m olan yeraltı tunellər vasitəsilə paylanır ki, bu da infrastruktur təminatını fasiləsiz və keyfiyyətli etməyə əlavə imkanlar yaradır.
Fiber-optik kabel
FO-24/12
Sumqayıt Kimya Sənaye Parkında müəssisələri yüksək sürətli internetlə təmin edən fiberoptik kabel xətti (FO-24/12) mövcuddur.
Loqistik imkanlar
2396 km
Mosvka şəhərinin dəmir yol vağzalına qədər - 2396 km
3073 km
Sankt-Peterburq şəhərinin dəmir yol vağzalına qədər - 3073 km
Daha çox
Rezidentlər
“Azertexnolayn” MMC
“SOCAR Polymer” MMC
“AzerFloat” QSC
“Baku Non Ferrous and Foundry Company” MMC
“MST Engineering Services” MMC
“SIKA” MMC
“Agro-Tech Solutions” MMC
“Alco” MMC
“STDC” MMC
“Azərxalça” ASC
“STP” MMC
“Tabaterra” QSC
SOCAR Karbamid Zavodu
“SumPlast” MMC
“LabDisc Azərbaycan” QSC
“Archi Glass” MMC
“Universal Packing İndustry” QSC
“Azmonbat” MMC
“Bakı Tekstil Fabriki” MMC
“Glassica” QSC
“Azersulfat” MMC
“Novus Plastica” MMC
“Azeka BM” MMC
“Azərbaycan Vanhong Ceramics Co.” MMC
“4MAPS Bilgi Teknolojileri” MMC
"Az-Tex-Import" MMC
“Çinar-Servis” İKF
"İMA-ENERGY” QSC
“AK PACK” MMC
“Kartaş Kimya” MMC
“SENSEMI DMCC” şirkətinin Azərbaycandakı Nümayəndəliyi
“Azairtechservice” MMC
“Az-Kom Servis” MMC
“Neo Project” MMC
“Sakuraz Green Energy” MMC
“Assan-STP Panel” MMC
“AZPAL” QSC
“Baku Steel Company” QSC
“Bakı Karton və Qutu Fabriki” MMC
“Azermirror” MMC
“Azertexnolayn” MMC

“Azertexnolayn” Məhdud Məsuliyyətli Cəmiyyəti Sumqayıt Kimya Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb.

 

Müəssisədə Almaniya, Türkiyə, Çin texnologiyaları əsasında müxtəlif diametrli polad borular, yüksək təzyiqə davamlı hidrotexniki avadanlıqlar, xüsusi təyinatlı müxtəlif diametrli polietilen borular istehsal edilir. “Azertexnolayn” MMC-nin 3 zavodu – Polad boru zavodu, Polietilen məmulatları zavodu və Texniki avadanlıqlar zavodu fəaliyyət göstərir.

Telefon:
(012) 377-44-44
Email:
info@azertexnolayn.com
“SOCAR Polymer” MMC

“SOCAR Polymer” Məhdud Məsuliyyətli Cəmiyyəti Sumqayıt Kimya Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb.

 

Kanada, Avstriya texnologiyalarından istifadə edilməklə ildə 184 min ton polipropilen (PP) və 120 min ton yüksək sıxlıqlı polietilen istehsal edilir.

Telefon:
(012) 404-53-30
Email:
project@socarpolymer.az
“AzerFloat” QSC

“AzerFloat” Qapalı Səhmdar Cəmiyyəti Sumqayıt Kimya Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb.

 

Müəssidə Almaniya (HORN Glass İndustries) şirkətinin texnologiyası əsasında müxtəlif çeşiddə şüşə lövhələr istehsal edilir.

Telefon:
(012) 525-15-27
Email:
office@azerfloat.az
“Baku Non Ferrous and Foundry Company” MMC

“Baku Non Ferrous and Foundry Company” Məhdud Məsuliyyətli Cəmiyyəti Sumqayıt Kimya Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb.

 

Müəssisədə İtaliya texnologiyası əsasında ferrosilisium (FeSi) istehsal edilir.

Telefon:
(012) 310-09-60
Email:
administration@bnffc.net
“MST Engineering Services” MMC

“MST Engineering Services” Məhdud Məsuliyyətli Cəmiyyəti Sumqayıt Kimya Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb.

 

ABŞ-ın “Parker Hannifin” şirkəti ilə birgə müxtəlif növ və çeşiddə aşağı, orta və yüksək təzyiqə davamlı xortum və fitinq birləşmələr istehsal edilir

Telefon:
(012) 404-89-19
Email:
engineering@mst-az.com
“SIKA” MMC

“SİKA” Məhdud Məsuliyyətli Cəmiyyəti Sumqayıt Kimya Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb.

 

Müəssisədə İsveçrə texnologiyası əsasında müxtəlif növ tikinti məhsulları (qatkıların) istehsal edilir. İsveçrənin beynəlxalq miqyaslı kimya şirkəti olan “SİKA” 1910-cu ildə yaradılıb və dünyanın 100-dən çox ölkəsində 200-dən artıq fabriki fəaliyyət göstərir.

Telefon:
(012) 585-10-11
Email:
info@az.sika.com
“Agro-Tech Solutions” MMC

“Agro-Tech Solutions” Məhdud Məsuliyyətli Cəmiyyəti Sumqayıt Kimya Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb.

 

Müəssisədə Azərbaycanda ilk dəfə bitki mühafizəsi vasitələri olan petisidlərin-bitkilərin ziyanvericilərdən, xəstəliklərdən, alaq otlarından mühafizəsi üçün aqrokimyəvi məhsullar istehsal edilir.

Telefon:
(012) 430-30-62
Email:
office@agrokimya.com
“Alco” MMC

“Alco” Məhdud Məsuliyyətli Cəmiyyəti Sumqayıt Kimya Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb.

 

Müəssisədə Almaniya və İtaliya texnologiyası əsasında müxtəlif çeşiddə sürtkü yağları istehsal edilir.

Telefon:
(012) 585-10-05
Email:
info@aminol.az
“STDC” MMC

“STDC” Məhdud Məsuliyyətli Cəmiyyəti Sumqayıt Kimya Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb.

 

Data Mərkəzdə ABŞ və Avropa istehsalı avadanlıqlarından istifadə edilməklə müxtəlif tipli informasiyaların emalı, saxlanılması və ötürülməsi, informasiya təhlükəsizliyinin təmin olunması sahəsində beynəlxalq və yerli müştərilərə xidmət edilir. 

Telefon:
(050) 246-50-00
Email:
info@stdc.az
“Azərxalça” ASC

“Azərxalça” Açıq Səhmdar Cəmiyyəti Sumqayıt Kimya Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb.

 

Müəssisədə İtaliya, Fransa və Türkiyə texnologiyaları əsasında  yunun emalı nəzərdə tutulur ki, həmin xam yundan təmiz yun və iplik əldə olunacaq. Fabrikdə həmçinin ipliklərin boyanması prosesi də həyata keçiriləcək. 

Telefon:
(012) 465-17-52
Email:
info@azerxalca.az
“STP” MMC

“STP” Məhdud Məsuliyyətli Cəmiyyəti Sumqayıt Kimya Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb.

 

Kompleks 10 istehsalat sahəsini (Kabel zavodu, Polimer məmulatlar zavodu, Elektrik avadanlıqları zavodu, Sendviç panelləri zavodu, Mexaniki emal zavodu, Qaynaq quraşdırma zavodu, Metaləritmə zavodu, Antikorroziya örtükləri zavodu, Alüminium və mis profilləri zavodu, Texniki qazlar zavodu) özündə birləşdirir. Bu müəssisələrdə Avropa, Yaponiya və Çin texnologiyası əsasında müxtəlif təyinatlı sənaye məhsulları (elektrik avadanlıqları, kabel, polimer məhsulları, qaldırıcı kranlar, sendviç panellər, metal konstruksiya, havalandırma sistemləri, ödəniş terminalları, PVC qapı və pəncərə, günəş kollektorları və s.) istehsal edilir.

Telefon:
*0990
Email:
info@stp.az
“Tabaterra” QSC

"Tabaterra" Qapalı Səhmdar Cəmiyyəti Sumqayıt Kimya Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb.

 

Fabrikdə Böyük Britaniya, Almaniya və İtaliya texnologiyaları əsasında beynəlxalq standartlara cavab verən ağır, yüngül və daha yüngül dərəcəli olmaqla üç növdə (Ənənəvi standart ölçülü - King Size formatlı siqaretlər, Müasir - Demi Slims formatlı siqaretlər və Super Slims – Nano formatlı siqaretlər) filterli siqaretlər istehsal edilir.

Telefon:
(012) 585-10-01
Email:
info@tabaterra.az
SOCAR Karbamid Zavodu

SOCAR Karbamid Zavodu Sumqayıt Kimya Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb.

 

Zavodda Danimarkanın “Haldor Topsoe” və Niderlandın “Stamicarbon B.V.” şirkətlərinin texnologiyası əsasında ildə 650-660 min ton azot gübrəsi istehsal edilir.

Telefon:
(012) 521-31-50
Email:
karbamid.zavodu@socar.az
“SumPlast” MMC

“SumPlast” Məhdud Məsuliyyətli Cəmiyyəti Sumqayıt Kimya Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb. 

 

Zavodda Almaniya texnologiyası əsasında beynəlxalq standartlara cavab verən sənaye istifadəsi üçün FFS tipli polietilen filmlər istehsal edilir.

Telefon:
(050) 200-11-04
Email:
saftar@sumplast.az
“LabDisc Azərbaycan” QSC

"LabDisc Azərbaycan" Qapalı Səhmdar Cəmiyyəti Sumqayıt Kimya Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb.

 

Müəssisədə İsrail texnologiyası əsasında müxtəlif təyinatlı elektron təhsil avadanlıqları istehsal edilir.

Telefon:
(050) 223-02-43
Email:
office@labdisc.az
“Archi Glass” MMC

“Archi Glass” Məhdud Məsuliyyətli Cəmiyyəti Sumqayıt Kimya Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb.

 

Müəssisədə İtaliya, Çin və Türkiyə texnologiyası əsasında şüşə məmulatlar istehsal edilir.

Telefon:
(050) 225-71-26
Email:
info@archiglass.az
“Universal Packing İndustry” QSC

“Universal Packing Industry” QSC Sumqayıt Kimya Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb.

 

Müəssisədə Çin, İtaliya, Türkiyə və Rusiya kimi qabaqcıl ölkələrin texnologiyalarınadan istifadə edilməklə Azərbaycanda məişət təyinatlı malların qablaşdırılmasında istifadə olunan qofre karton, diplomat zərf, fayl və başqa bu kimi məhsulların istehsalı həyata keçirilir.

Telefon:
(050) 214-57-60
Email:
upi.qsc@gmail.com
“Azmonbat” MMC

"Azmonbat" MMC Sumqayıt Kimya Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb.

 

Müəssisədə bir sıra ölkələrin qabaqcıl texnologiyaları əsasında istifadə müddəti bitmiş qurğuşun turşulu akkumulyator batareyalarının utilizasiyası aparılır, nəticədə propilen və yüksək sıxlıqlı polietilen, qurğuşun külçə, qurğuşunlu aktiv kütlə və ammonium sulfat məhlulu əldə olunur. 

Telefon:
(012) 490 75 22
Email:
info@azmonbat.com
“Bakı Tekstil Fabriki” MMC

“Bakı Tekstil Fabriki” MMC Sumqayıt Kimya Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb.

 

Müəssisədə Türkiyə texnologiyası əsasında Azərbaycanda tibbdə və məişətdə mikrob, bakteriya və viruslardan mühafizə üçün istifadə olunan ikiqatlı və üçqatlı sadə və bakterioloji maskaların istehsalı həyata keçirilir.

Telefon:
(012) 412 02 06
Email:
office@btf.az
“Glassica” QSC

“Glassica” QSC Sumqayıt Kimya Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb.

 

Müəssisədə Almaniyanın şüşə-əritmə texnologiyaları sahəsində 125 illik təcrübəyə malik olan "HORN Glass Industries AG" şirkətinin texnologiyalarının tətbiqi ilə müxtəlif çeşidli rəngli şüşə tara məhsullarının (butulka) istehsalı həyata keçirilir.

Telefon:
(050) 256 16 81
Email:
office@glassica.az
“Azersulfat” MMC

“Azərsulfat” MMC Sumqayıt Kimya Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb.

 

Müəssisədə qabaqcıl texnologiyaların tətbiqi ilə sulfat turşusunun istehsalı həyata keçirilir.

Telefon:
(012) 505 84 70
Email:
info@azersulfat.az
“Novus Plastica” MMC

“Novus Plastica” Məhdud Məsuliyyətli Cəmiyyəti Sumqayıt Kimya Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb.

 

Müəssisədə Yaponiya və Almaniya texnologiyalarının tətbiqi ilə iki istiqamət üzrə - polietilen borular üçün qara karbon konsentratı və mavi konsentrat, həmçinin polimer istehsalı zamanı yaranan qeyri-standart polimerlər və polimer kompozisiya materialları istehsal edilir.

Telefon:
(012) 599-67-67
Email:
office@economiczones.gov.az
“Azeka BM” MMC

“Azeka BM” Məhdud Məsuliyyətli Cəmiyyəti Sumqayıt Kimya Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb.

 

Müəssisədə Çin və Türkiyənin qabaqcıl texnologiyalarının tətbiqi ilə boya sənayesində və məişət məhsullarının istehsalında istifadə olunan üyüdülmüş kalsit (kalsium karbonat) istehsal ediləcək.

Telefon:
(012) 599-67-67
Email:
office@economiczones.gov.az
“Azərbaycan Vanhong Ceramics Co.” MMC

“Azərbaycan Vanhong Ceramics Co.” MMC Sumqayıt Kimya Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb.

 

Sumqayıt Kimya Sənaye Parkının ərazisində keramik plitələrin istehsalı həyata keçirilir.

Telefon:
(012) 599 67 67
Email:
office@economiczones.gov.az
“4MAPS Bilgi Teknolojileri” MMC

“4MAPS Bilgi Teknolojileri” MMC Sumqayıt Kimya Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb.

 

“4MAPS Bilgi Teknolojileri” MMC Sumqayıt Kimya Sənaye Parkında “Tədqiqat-inkişaf mərkəzinin təşkili, kartoqrafiya və naviqasiya xidmətləri” layihəsini həyata keçirəcək.

Telefon:
(012) 599 67 67
Email:
office@economiczones.gov.az
"Az-Tex-Import" MMC

"Az-Tex-Import" MMC Sumqayıt Kimya Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb.

 

Sumqayıt Kimya Sənaye Parkının ərazisində "Az-Tex-Import" MMC tərəfindən "IVECO" markalı yüngül, orta və ağır tonnajlı yük və xüsusi təyinatlı avtomobillərin istehsalı layihəsi həyata keçiriləcək.

Telefon:
(012) 464 87 75
Email:
info@aztexgroup.az
“Çinar-Servis” İKF

“Çinar-Servis” İKF Sumqayıt Kimya Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb.

 

Şirkət Sumqayıt Kimya Sənaye Parkının ərazisində sıxılmış azot, oksigen, arqon və maye helium qaz məhsullarının istehsalı ilə məşğul olacaq.

Telefon:
(012) 599 67 67
Email:
office@economiczones.gov.az
"İMA-ENERGY” QSC

"İMA-ENERGY” QSC Sumqayıt Kimya Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb.

 

Sumqayıt Kimya Sənaye Parkının ərazisində "İMA-ENERGY” QSC tərəfindən 10 və 35 kV-luq elektrik yuvalarının istehsalı həyata keçirilir.

Telefon:
(012) 505 48 30
Email:
info@imaenergy.az
“AK PACK” MMC

“AK PACK” MMC Sumqayıt Kimya Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb.

 

Müəssisədə yumşaq polimer qablaşdırma məhsulları istehsal edilir.

Telefon:
(012) 599 67 67
Email:
office@economiczones.gov.az
“Kartaş Kimya” MMC

“Kartaş Kimya” MMC Sumqayıt Kimya Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb.

 

Müəssisədə müxtəlif tikinti kimyəvi vasitələrin istehsalı həyata keçiriləcək.

Telefon:
(012) 347-10-10
Email:
info@mrfix.az
“SENSEMI DMCC” şirkətinin Azərbaycandakı Nümayəndəliyi

“SENSEMI DMCC” şirkətinin Azərbaycandakı Nümayəndəliyi Sumqayıt Kimya Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb.

 

Müəssisədə elektrik avtomat və sayğac istehsal ediləcək.

Telefon:
(012) 599 67 67
Email:
office@economiczones.gov.az
“Azairtechservice” MMC

“Azairtechservice” MMC Sumqayıt Kimya Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb.

Telefon:
(012) 599-67-67
Email:
office@economiczones.gov.az
“Az-Kom Servis” MMC

“Az-Kom Servis” MMC-yə Sumqayıt Kimya Sənaye Parkının rezidentliyi statusu verilib.

 

Müəssisədə müxtəlif markalı baza yağlarının istehsalı həyata keçiriləcək.

Telefon:
(050) 555-59-55
Email:
s_afiyeddin@az-kom.com
“Neo Project” MMC

“Neo Project” MMC-yə Sumqayıt Kimya Sənaye Parkının rezidentliyi statusu verilib.

 

Müəssisədə müxtəlif ölçülü kompozit (fiberqlas) armatur və şəbəkə istehsal ediləcək.

Telefon:
(051) 240-46-60
Email:
Info@nprommc.com
“Sakuraz Green Energy” MMC

“Sakuraz Green Energy” MMC-yə Sumqayıt Kimya Sənaye Parkının rezidentliyi statusu verilib.

 

Müəssisədə litium akkumulyatorlarının bərpası həyata keçirilir.

Telefon:
(051) 277-36-96
Email:
office@sakur.az
“Assan-STP Panel” MMC

“Assan-STP Panel” MMC Sumqayıt Kimya Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb. 

 

Şirkət tərəfindən Sənaye Parkının ərazisində müxtəlif təyinatlı sendviç panellərinin istehsalı həyata keçirilir.

Telefon:
(050) 246-48-28
Email:
info@assanpanel.com.tr
“AZPAL” QSC

“AZPAL” QSC-yə Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilib.

 

“AZPAL” QSC tərəfindən Sənaye Parkının ərazisində texniki (metallurji) silisium istehsalı layihəsi həyata keçiriləcək. 

Telefon:
(050) 212-34-84
Email:
azpalmet@gmail.com
“Baku Steel Company” QSC

“Baku Steel Company” QSC Sumqayıt Kimya Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb. 

 

Şirkət tərəfindən Sənaye Parkının ərazisində ferrosilisium (FeSi) istehsalı həyata keçirilir.

Telefon:
(012) 490-08-00
Email:
pr@bakusteel.com
“Bakı Karton və Qutu Fabriki” MMC

“Bakı Karton və Qutu Fabriki” MMC Sumqayıt Kimya Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb.

 

Şirkət tərəfindən Sənaye Parkının ərazisində inşaat materialların və aqro-sənaye məhsullarının qablaşdırılması üzrə karton kağızın istehsalı fabriki yaradılacaq.

Telefon:
(051) 586-28-87
Email:
ks@bakikarton.az
“Azermirror” MMC

“Azermirror” MMC-yə Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilib. 

 

Şirkət tərəfindən Sənaye Parkının ərazisində alüminium təbəqəli vərəqə güzgü istehsalı həyata keçiriləcək.

Telefon:
(050) 320-22-74
Email:
office@economiczones.gov.az